Soruşurlar səni məndən
Deyirəmki ayrılmışıq
Sən məndən mən səndən
Ayrılıb ayrı qalmışıq

Sevgimiz bir nağıl idi
Biri vardı biri yoxdu
Unudulmazdı o günlər
İçində xatirə çoxdu

Sən mənə şeir yazardın
Mən mahnı bəstəliyərdim
Körpə sevgimiz varidi
Onu eşqnən bəliyərdik

Sən mənə şeir yazardın
Mən mahnı bəstəliyərdim
Körpə sevgimiz varidi
Onu eşqnən bəliyərdik

Sən deyərdinki əzizim
Nə ayrılıq nə kədər qəm
Mən deyərdimki sevgilim
Bağlıyam mən sənə möhkəm

Ay çıxıb axşam olardı
Baş qoyardım dizin üstə
Əsəbləşib nə desəydin
Mən deyərdim gözüm üstə

O zaman sakit olardın
Tellərinə sığal çəkərdim
Sənə eşqdən danışardım
Ayrılıq misal çəkərdim

O zaman sakit olardın
Tellərinə sığal çəkərdim
Sənə eşqdən danışardım
Ayrılıq misal çəkərdim

Daha sığmır bu ürək yerinə
Yaşıyır sevən ürəklərlə
Sevgimin xatirə dəftərinə
Yazmışam adını çiçəklərnən

Sən gedəndən neçə vaxtdırki
Qurumur gözlərimin yaşı
Yaxşı bir usta da yoxdur ki
Qoydurum sevgimə baş daşı

Mən ölümsüz bilirdim eşqi
Daha məhv oldu o duyğularım
Bu eşqi yaşadaydıq kaşki
Puça dönməyəydi arzularım

Mən ölümsüz bilirdim eşqi
Daha məhv oldu o duyğularım
Bu eşqi yaşadaydıq kaşki
Puça dönməyəydi arzularım

Sarılıb yastığa yatmaqla
Qovuram vaxtı zaman keçsin
Ey gözüm halıma sən ağla
Daha ruhum canı tərk etsin

Eşq ocağın qalamağdansa
Üstünə soyuq su səpdin sən
Bu kədərnən yaşamaqdansa
Vidalaşım bu ömürnən mən

Qurtulum mən qara sevdadan
Acılarnan yaşamaq bitsin
Baş alım gedim bu dünyadan
Ölümüm qoy səni incitsin

Qurtulum mən qara sevdadan
Acılarnan yaşamaq bitsin
Baş alım gedim bu dünyadan
Ölümüm qoy səni incitsin